ABŞ bu hədəflərə zərbələr endirəcək



 16:30 02.02.2024     181

Birləşmiş Ştatlar Yaxın Şərqdə ABŞ hərbçilərinə qarşı hücumlara cavab olaraq bu həftə sonu İraq və Suriyadakı hədəflərə cavab zərbələri endirməyə başlaya bilər.

Demedia.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Cavabın bu həftə sonu başlayacağı gözlənilir”, - deyə yazıda deyilir.

Nəşrin mənbələrinə görə, ABŞ-ın cavabı bir neçə mərhələni əhatə edəcək.

Tədbirlərin həm hərbi əməliyyatları, həm də Vaşinqtonun regionda eskalasiyaya can atmadığını nümayiş etdirmək üçün hazırlanmış digər addımları əhatə edəcəyi gözlənilir.

Bundan əvvəl CBS telekanalı məlumat vermişdi ki, ABŞ hakimiyyəti İordaniyada Amerika hərbçilərinin ölümünə cavab olaraq İraq və Suriyadakı hədəflərə bir sıra zərbələr endirmək planlarını təsdiqləyib. Telekanalın məlumatına görə, zərbələrin bir neçə gün ərzində həyata keçirilməsi planlaşdırılır və onların hədəfi iki ərəb ölkəsinin ərazisindəki “İran obyektləri və hərbi personalı” olacaq.