Həmin evlər hazırdır - Ərdoğan təqdim edəcək



 11:30 03.02.2024     187

Ötən il Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yaşayış evlərinin təhvil verilməsinə başlanılır.

Demedia.az" "Ensonhaber"ə istinadən xəbər verir ki, inşa edilən 46 min ev, fevralın ilk günlərində püşkatma yolu ilə təhvil veriləcək.

İlk püşkatma və açarların təhvilvermə mərasimi bu gün Türkiyə prezidentinin iştirakı ilə Hatayda keçiriləcək.

R.T.Ərdoğan 4 fevral Qaziantepdə, növbəti həftə isə Kahramanmaraş, Şanlıurfa, Adıyaman və Elazığda keçiriləcək açar təslimi mərasimlərində iştirak edəcək.

Qeyd edək ki, qısa müddətdə 75 min evin təhvil veriləcəyi nəzərdə tutulub.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlarda minlərlə ev dağınıtılara məruz qalıb, minlərlə insan həyatını itirib.