İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasını müzakirə edəcək



 10:14 04.02.2024     266

İraq parlamenti ABŞ-ın bu ölkəyə endirdiyi zərbələri və onların nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək.

Demedia.az xəbər verir ki, bu barədə "Efe" agentliyi məlumat yayıb.

İclas yaxın günlərdə keçiriləcək və ABŞ-ın ölkədə təkrar hücumları ilə bağlı mövqe formalaşdırmağa imkan verəcək.

Deputatlar, həmçinin İraqın suverenliyinin beynəlxalq koalisiya qüvvələri tərəfindən pozulmasına son qoyulması barədə müzakirələr aparacaqlar. Söhbət İŞİD terror qruplaşması ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan gedir. Koalisiya qüvvələrinin bir hissəsi İraq ərazisində yerləşir. İraq hökuməti bu yaxınlarda Vaşinqtonla xarici hərbçilərin ölkədən çıxarılmasını koordinasiya etmək niyyətində olduğunu açıqlayıb.

Parlamentin bəyanatında vurğulanır ki, hazırda xarici hərbi mövcudluğu davam etdirməyə ehtiyac yoxdur və ABŞ və müttəfiq qüvvələrin ölkədə olması suverenliyə təhlükədir.