HƏMAS Paris təşəbbüsünü bütün Fələstin qrupları ilə müzakirə edir
Fələstin HƏMAS hərəkatı mümkün atəşkəs və fələstinli məhbuslarla girovların dəyişdirilməsi ilə bağlı Parisdə keçirilən görüşdə hazırlanmış çoxtərəfli təşəbbüslə bağlı bütün Fələstin fraksiyalarının nümayəndələri ilə məsləhətləşmələr aparır.
Demedia.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan məlumat verib.
O izah edib ki, müqavimətdəki tərəfdaşlar və yoldaşlarla ətraflı müzakirələr aparılır. U. Həmdan əlavə edib ki, HƏMAS rəhbərliyi Fələstin birliyini əks etdirən bütün milli mövqelərə dəyər verir.
HƏMAS Siyasi Bürosunun üzvü təsdiqləyib ki, Parisdə hazırlanmış təşəbbüsün müzakirəsi bir sıra şərtlərin yerinə yetirilməsi zərurətini nəzərə alır.