Avropa Birliyi Türkiyə ilə daha sıx əlaqələr qurmaq istəyir



 18:14 04.02.2024     275

Avropa Birliyi Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyi və qısa müddətdə fikir ayrılıqlarını aradan qaldırmağı hədəflədiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Aİ ölkələrinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə qeyri-rəsmi toplantıda bir araya gəlib.

Gündəlikdə duran məsələlərindən birinin Türkiyə ilə münasibətlərin olduğu görüşün sonunda Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel və Belçikanın xarici işlər naziri Hadija Labib mətbuata birgə açıqlamalar veriblər.

“Bütün üzv dövlətlər Türkiyə ilə daha yaxın əlaqələr qurmaq mövzusunda həmfikirdirlər,- deyə Cozef Borel bildirib.

Aİ-nin ali nümayəndəsi deyib ki, münaqişələrin qarşısını almaq və əməkdaşlığı artırmaq üçün Kipr məsələsini nəzərə alaraq Türkiyə ilə əlaqə saxlamalıyıq: “Türkiyə ilə daha çox əlaqələr qurmalı, maraqlarımızın üst-üstə düşdüyü sahələrdə çalışmalı, bizi bir-birimizdən uzaqlaşdıran məsələlərdən qaçmalıyıq”.