Qəzzada HƏMAS-ın 24 batalyonundan 17-si zərərsizləşdirilib



 20:01 04.02.2024     454

İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib ki, ölkənin ordusu oktyabrın 7-də münaqişə başlayan zaman anklavda mövcud olan HƏMAS-ın 24 batalyonundan 17-ni Qəzza zolağında məhv edib.

Bu barədə Demedia.az TASS-a istinadən xəbər verir.

"Mən siyasətimizə aydınlıq gətirmək istəyirəm: zəruri məqsəd, bu, ilk növbədə, HƏMAS-ın məhv edilməsidir. Məqsədə çatmaq üçün, ilk növbədə, HƏMAS batalyonlarının sayını azaltmaq lazımdır. Bu günə qədər HƏMAS batalyonlarının 24-dən 17-ni məhv etmişik”, - Baş nazir Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, HƏMAS-ın qalan batalyonlarının əksəriyyəti Qəzza zolağının cənubunda və Rəfahdadır və İsrail ordusu onlara yetişəcək.