KİV: NATO Rusiya və Çini dünya müharibəsinə sürükləmək istəyir



 15:42 05.02.2024     264

Şimali Atlantika Alyansı Təşkilatının (NATO) baş katibi Yens Stoltenberqin Rusiya və Çinlə bağlı bəyanatı alyansın dünya müharibəsi başlamaq istəyindən xəbər verir.

Demedia.az-ın məlumatına görə, bu barədə Çinin "Global Times" qəzeti yazıb.

NATO-nun baş katibi Çini uzunmüddətli perspektivdə ən ciddi təhlükə, Rusiyanı isə onların arasında ən ciddi təhlükə adlandırıb.

“Bu, ictimai rəyin Ukraynadakı münaqişənin dünya müharibəsinə çevrilməsinə açıq hazırlığıdır”, - məqalədə qeyd edilir.