Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazanıb - FOTO
Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.
19 yaşlı idmançı finalda ilk cəhddə 52.780 xala layiq görülüb.
Qızıl medalı 53.900 xalla İrina Kundius (Rusiya), bürünc medalı isə 51,820 xalla Corciya Campyeri (İtaliya) əldə edib.