Fransanın İrəvandakı səfiri Azərbaycan-Ermənistan sərhədyanı bölgədə olub



 18:39 08.02.2024     307

Fransanın İrəvandakı səfiri Olivye Dekotinyi Avropa İttifaqı müşahidə missiyası ilə birlikdə Azərbaycan-Ermənistan sərhədyanı bölgəyə gedib.

Demedia.az xəbər verir ki, bu barədə səfir “X” səhifəsində bildirib.

Məlumata görə, o, iki ölkə arasında hərbi təmas xəttinin 4 km-liyində, Basarkeçər rayonunun Böyük Qaraqoyunlu kəndində olub.