Putin danışıqlara hazırdır
Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik zəmanətləri məsələsində danışıqlara hazırdır.
Nəxəbər.az-a istinadla xəbər verir ki, bu sözləri Dmitri Peskov CNN telekanalına müsahibəsində bildirib.
“Birincisi, prezident Putin həmişə danışıqlar və diplomatiya tələb edib. Əslində, o, Rusiya üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı oldu. Ukrayna Rusiya üçün daha böyük təhlükəsizlik təminatı probleminin yalnız bir hissəsidir və əlbəttə ki, prezident Putin danışıqlara hazırdır”, - Peskov bildirib.