Filippində güclü zəlzələ olub
Filippinin Mindanao adasında 5,7 maqnitudalı zəlzələ olub.
Demedia.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən bəlli olub.
Zəlzələnin episentri Butuan şəhərindən (əhalisi 300 min nəfər) 39 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 42 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.