Fransada AES-də yanğın baş verib



 21:20 10.02.2024     343

Fransanın qərbində yerləşən “Şinon” Atom Elektrik Stansiyasında (AES) iki reaktor yanğın səbəbindən işini dayandırıb.

Bu barədə ölkənin Nüvə Təhlükəsizliyi İdarəsinin saytında məlumat verilib.

Yanğın cümə günündən şənbəyə keçən gecə üçüncü reaktorun transformatorunda "nəzarət altındakı ərazidən kənarda" baş verib.

"Yanğın nəticəsində üç nömrəli reaktorun əsas xarici enerji təchizatının itirilməsi reaktorun avtomatik dayanmasına səbəb oldu", - rəsmi məlumatda bildirilir.