Netanyahu: İsrail HƏMAS taborlarının dörddə üçünü məhv edib
![](/adv/turkiyede-mualice.gif)
![](https://img.demedia.az/news/2024/02/photo_23736.jpg)
İsrail ordusu HƏMAS taborlarının dörddə üçünü məhv edib.
Demedia.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
“Qələbə əldə etmək olar. Artıq 24-dən 18-i olan HƏMAS terror taborlarının dörddə üçünü məhv etmişik. Qalan altısının isə qalmasına imkan verməyəcəyik. Bu, İŞİD-in dörddə birini İraqda qoyub və “Qoy onların öz kiçik ərazisi olsun, hər şey qaydasındadır” deməklə eynidir”, – o vurğulayıb.