Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi



 16:19 13.02.2024     271

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib.

Demedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində Ərdoğan BƏƏ prezidenti Mohammed bin Zayed Al Nahyan ilə ikitərəfli görüş keçirib.

Görüşdə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi və iqtisadi əlaqələr, regional və qlobal problemlər, İsrailin Fələstin torpaqlarına davam edən hücumları müzakirə edilib.