ABŞ “W87-1” nüvə başlıqlarının ilk sınaq partiyasını istehsal edib



 11:53 14.02.2024     284

ABŞ qabaqcıl “LGM-35 Sentinel” qitələrarası ballistik raketi təchiz etmək üçün modifikasiya edilmiş “W87-1” nüvə başlıqlarının ilk sınaq partiyasını istehsal edib.

Demedia.az xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) illik hesabatında deyilir.

“NNSA “W87-1”in ilk sınaq partiyasını istehsal edib”, - sənəddə qeyd edilib.

Bildirilib ki, döyüş başlıqları 2030-cu illərin əvvəllərində daşıyıcıya yerləşdiriləcək.