Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham etdi



 16:01 15.02.2024     426

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib.

Demedia.az xəbər verir ki, o, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qəzzada qan axması hələ də dayanmayıb: “İsrailin hücumları davam edir. Sülh çağırışları ABŞ-nin mənfi təsirləri nəticəsində nəticəsiz qaldı. ABŞ bəzi rəsmilərini bu işi həll etmək üçün regiona göndərdiyini deyir, amma nəticə əldə olunmur”.

Ərdoğan vurğulayıb ki, Türkiyə bütün bunlara baxmayaraq, sülh və sabitlik üçün çalışmağa davam edir: “Çünki başqa çıxşı yolu yoxdur. Qərb rəsmiləri bizim təmasa keçəndə onlara da eyni sözləri deyirik”.