ABŞ vitse-prezidenti: Ukraynaya yardımımız dayanmayacaq
ABŞ-nin Ukraynaya dəstəyi dəyişməz olaraq qalır və bundan sonra da davam edəcək.
Demedia.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
“ABŞ Prezident Cozef Bayden və mən sizə, Ukrayna xalqına yardım məsələsində qətiyyətliyik”, - o deyib.
Xatırladaq ki, fevralın 13-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardımın nəzərdə tutulduğu qanun layihəsinin alternativ variantını qəbul edib.