Ağ ev: Ukraynanın Avdiivkadan geri çəkilməsi Konqresin hərəkətsizliyinin nəticəsidir



 18:16 18.02.2024     270

ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında “ABŞ Konqresinin hərəkətsizliyinin nəticəsi” olan Ukrayna qoşunlarının Avdiivkadan geri çəkilməsini müzakirə edib.

Demedia.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Bu gün səhər Konqresin hərəkətsizliyi Ukrayna əsgərlərini döyüş sursatı ehtiyatını məhdudlaşdırmağa məcbur etdikdən sonra Ukrayna hərbçiləri Avdiivkadan geri çəkilmək məcburiyyətində qalıblar”, – məlumatda qeyd olunub.

Ağ ev Avdiivkanın Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsini “Rusiyanın son aylarda ilk nəzərəçarpacaq uğurları” adlandırıb. Bununla əlaqədar Bayden Ukrayna qoşunlarının yenidən təchizatı üçün əlavə maliyyənin tez bir zamanda təsdiqlənməsinin zəruriliyini vurğulayıb.