Vladimir Jirinovski öldü
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin vəfat etdiyini açıqlayıb.
Demedi.az xəbər verir ki, siyasətçi fevralın 2-dən koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi Moskva Mərkəzi Klinik Xəstəxanasında müalicə alırdı.
“Parlaq, istedadlı siyasətçi. Dünyanın necə işlədiyini dərindən dərk edən və çox şeyi qabaqcadan görən insan. Dövlət Dumasında RLDP fraksiyasının lideri. O, həmişə hadisələrin sıxlığında idi. Onun şəxsiyyəti o qədər iri miqyaslıdır ki, müasir Rusiyanın siyasi sisteminin inkişaf tarixini onsuz təsəvvür etmək çətindir”, – spiker "Telegram"-da yazıb.
Dövlət Dumasının plenar iclasından əvvəl deputatlar siyasətçinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.