Buz qırıldı, 50-yə yaxın insan üzərində qaldı
Saxalin vilayətinin cənubundakı Starodubskoye kəndi yaxınlığında qopmuş buz örtüyünün üzərində daha 50-yə yaxın insan var.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb .
"Xilasetmə əməliyyatı davam edir. Saat 12:00-a kimi 21 nəfər sahilə çıxarılıb”, - idarədən bildirilib.
Xilasedicilər motorlu qayıqla əlavə olaraq Starodubskoye kəndi ərazisinə göndərilib. Təxminən saat 13:00-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri havaya qalxacaq.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, buz örtüyünün qopması barədə məlumat fevralın 18-də səhər saatlarında daxil olub. İlkin məlumata görə, buzun üzərində 14 balıqçı olub. Xilasetmə əməliyyatına qayıqlar, qar avtomobili və digər avadanlıqlar cəlb olunub.
Dolinski vilayətinin GİMS-in xilasediciləri və əməkdaşları, habelə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Polyakov adına axtarış-xilasetmə dəstəsinin bir qrupu dərhal hadisə yerinə yola düşüb .
Bundan əvvəl Vladivostokdan olan yeniyetmələr İdman Limanının sularında buz parçasının üzərində olublar .