Estoniyanın baş naziri Rusiyada axtarışda olmasından qorxmur
Estoniyanın baş naziri Kaya Kallas Rusiya Daxili İşlər Nazirliyinin onun barəsində axtarış elan edilməsi ilə bağlı qərarından qorxmadığını bildirib.
Demedia.az xəbər verir ki, bu barədə o, Münhen təhlükəsizlik konfransı çərçivəsində “Reuters” agentliyinə müsahibəsində deyib.
“Bu hərəkət məni qorxutmaq, başqa cür verəcəyim qərarlardan çəkinmək məqsədi daşıyır. Ancaq bu, Rusiyanın ssenarisidir. Bunda təəccüblü heç nə yoxdur və biz qorxmuruq”, - Kallas deyib.
O, həmçinin insidenti onun Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrelli əvəz edə biləcəyi ilə bağlı şayiələr ilə əlaqələndirib.
Qeyd edək ki, fevralın 13-də Rusiyanın daxili işlər naziri Kaya Kallas və Estoniyanın dövlət katibi Taymar Peterkopu axtarışa verib.