Ailə faciəsi: 12 qohumunu güllələdi



 16:00 19.02.2024     285

İranın cənubundakı Kirman əyalətində ailə faciəsi baş verib.

Demedia.az xəbər verir ki, 30 yaşlı şəxs məişət problemlərinə görə qadın və uşaqların da olduğu 12 qohumunu güllələyib.

O, atası, qardaşı və həyat yoldaşının qardaşı da daxil olmaqla 12 qohumunu Kalaşnikov avtomatı ilə güllələyib.

Hadisədən sonra qaçan 30 yaşlı cinayətkar polis qruplarının keçirdiyi əməliyyatla ölü olaraq tutulub.