Türkiyə bu ölkəyə ATAK helikopteri satdı
Türkiyə Filippinə ATAK helikopterlərinin ixracına başlayıb.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru Haluk Görgün deyib.
"Biz bu qürur və həyəcanın şahidi oluruq. Filippinə ixrac edilən ATAK-ın bir çox sistemlərində ASELSAN-nın da texnoloji imzası bizi sevindirir", - Görgün bildirib.//Axar.az