Zelenskidən kritik açıqlama: ACLIQ OLACAQ
Rusiya Ukraynadakı bütün kənd təsərrüfatı müəssisələrini, aqrar texnikaları məhv edir, limanları blokadaya alır, çünki aclığa öz silahı kimi baxır.
Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Onlar ardıcıl olaraq yanacaq anbarlarını, qida paylama mərkəzlərini, hətta adi kənd təsərrüfatı texnikasını məhv edir, hər yeri minalayırlar. Bundan başqa ruslar bizim kənd təsərrüfatı məhsulları ilə dolu olan gəmilərlə birlikdə limanları da bağlayıblar. Ukrayna dünya ərzaq bazarında aparıcı dövlətlərdən biridir. İxracımız olmasa, təkcə defisit yox, Afrika və Asiyanın bir sıra ölkəsi üçün aclıq təhlükəsi yaranacaq. Çünki kifayət qədər istehsal həcmi olmayacaq və qiymətlər xeyli artacaq”, - Zelenski bildirib.