Ərdoğan "Kaan" qırıcı təyyarəsindən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kaan" qırıcı təyyarəsinin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacağı tarixi açıqlayıb.
Demedia.az xəbər verir ki, o, bu barədə Dənizlidə çıxışı zamanı deyib.
Prezident bildirib ki, Türkiyə milli müdafiəsi bu gün bütün dünyada öz sözünü deyir: “Kaan” döyüş təyyarəmiz də artıq havaya qalxıb. “Kaan” ilk uçuşunu həyata keçirib. Döyüş təyyarəsi 2028-ci ildə Silahlı Qüvvələrimizin inventarına daxil olacaq. Türkiyə dünyada öz döyüş gəmisini istehsal edən on ölkədən biridir".