Paşinyan Estoniyanı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Estoniyanın Baş naziri Kaca Kallası ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
BiG.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib.
"Sizi və dost Estoniya xalqını Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistan və Estoniya arasında son dövrdə siyasi dialoq formalaşıb və sürətlə inkişaf edir, həmçinin qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq Estoniyanın Ermənistanda həyata keçirilən demokratik islahatlar prosesini dəstəkləmək istəyinə, eləcə də gələcək inkişafa görə minnətdarlığımı bildirirəm. Biz Estoniyanın Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək mövqeyini yüksək qiymətləndiririk.Səmimiyyətlə ümid edirəm ki, yaxın gələcəkdə sizinlə görüşmək və birgə danışıqlar vasitəsilə ikitərəfli münasibətləri intensivləşdirmək imkanı olacaq" ,- deyə o bildirib.