Zelenski Rusiyaya "sürprizlər" vəd etdi



 12:40 25.02.2024     183

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni əks-hücum əməliyyatına hazırlaşdığını deyib.

O, bu barədə "Fox News"a müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, əks-hücum əməliyyatının məqsədi Ukrayna hərbçilərinin Qara dənizdəki uğurlarını inkişaf etdirmək olacaq.

Beləliklə də o, Ukrayna Silahlı Qüvvələrinin təkcə müdafiə strategiyası yürütdüyü ilə bağlı xəbərləri təkzib etmiş olub.
Qara dənizdəki vəziyyətdən danışarkən, Volodimir Zelenski rusiyalılara "sürprizlər" vəd edib, lakin konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.

"Biz yeni əks-hücum, yeni əməliyyat hazırlayacağıq", - deyə o əlavə edib.