ÜST bu günədək Ukraynaya 185 ton tibbi yardım göndərib



 21:00 07.04.2022     193

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu günədək Ukraynaya 185 ton tibbi təyinatlı yük göndərib.

Demedia.az xəbər verir ki, bunu ÜST-ün Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

O bildirib ki, ümumilikdə hərbi əməliyyatlardan zərər çəkən 500 minə yaxın sakinə tibbi yardım üçün ləvazimatlar təqdim olunub.

Daha 125 ton tibbi yardımın isə yaxın günlərdə döyüş bölgələrinə çatdırılacağı bildirilib.