Lukaşenko: Belarusda hökuməti devirmək üçün heç bir variant işləməyəcək
Müxaliflər Belarusda hakimiyyətin devrilməsi variantlarından heç birini həyata keçirə bilməyəcəklər.
Demedia.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko parlament və yerli şuralara seçkilərdə səs verdikdən sonra jurnalistlərə müsahibəsində bildirib.
“Onların heç bir variantı, hətta ən radikal variantı belə Belarusda işləməyəcək. Biz əvvəlki səhvlərimizdən necə nəticə çıxaracağımızı bilirik. Ona görə də onların ümid edəcək heç nəyi yoxdur", - Belarus lideri əlavə edib.