Kiyev saziş layihəsini təqdim etdi: Lavrov narazıdır
Ukraynanın Rusiyaya təqdim etdiyi saziş layihəsində İstanbulda iki ölkənin nümayəndələri tərəfindən müəyyən edilmiş müddəalardan kənara çıxma var.
Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Dünən Ukrayna tərəfi danışıqlar qrupuna öz saziş layihəsini təqdim edib ki, bu da martın 29-da İstanbulda keçirilən görüşdə müəyyən edilmiş ən mühüm müddəalardan kənara çıxır”, - Lavrov bildirib.
Lavrov qeyd edib ki, Kiyevin danışıqlarda yeni ilkin şərtlər irəli sürmək planı qəbuledilməzdir:
“Ukrayna ərazisində hərbi təlimlərin keçirilməsi ilə bağlı reqlamenti dəyişib, Rusiyanın razılığının alınmasının vacibliyini qeyd etməyib. Eyni zamanda, İstanbul sənədində açıq şəkildə qeyd olunur ki, xarici kontingentlərin iştirakı ilə istənilən hərbi təlimlər yalnız Rusiya da daxil olmaqla bütün təminatçı dövlətlərin razılığı ilə keçiriləcək”.