Litva MN: NATO-nun təlim missiyaları Ukraynaya göndərilə bilər



 15:24 28.02.2024     282

NATO bilavasitə Ukraynaya təlim missiyaları göndərə bilər, lakin döyüş əməliyyatlarında iştirak etmək üçün qoşun göndərə bilməz.

Demedia.az xəbər verir ki, bu fikirləri Litvanın müdafiə naziri Arvidas Anuşauskas jurnalistlərə deyib.

“Biz təlim missiyaları və təlimçilərin göndərilməsindən danışırıq. Qərar çoxtərəfli əsasda verilərdi”, – nazir bildirib.

Nazirin sözlərinə görə, məsələ istişarə və müzakirə mərhələsindədir:

“Mövqe dəyişə də bilər. Ukraynaya yardımın formaları axtarılır. Müxtəlif ölkələrin fərqli mövqeləri var. Eyni zamanda, bu, Rusiyaya siqnalımız olacaq”.