Misir Qəzzaya azı 50 ton humanitar yardım tədarük edib



 16:57 28.02.2024     255

Misir Hərbi Hava Qüvvələri Qəzza zolağına azı 50 ton müxtəlif humanitar yardım tədarük edib.

Demedia.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Qəzzanın şimalına 10 ton ərzaq məhsulları tədarük edilib. Bununla yanaşı, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin fəal iştirakı ilə anklavın mərkəzi bölgələrinə azı 45 ton daha humanitar yardım göndərilib.