Zelenskidən MÜHÜM AÇIQLAMA: Bir həftəyə...



 22:57 08.04.2022     500

"Ukrayna Aİ-yə üzvlüklə bağlı sorğuya bir həftəyə cavab verəcək".

 Demedia.az xəbər verir ki, Zelenski sənədin bir həftə ərzində tamamlanacağına əmin edib.

Qeyd edək ki, bu gün Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Aİ-yə daxil olmaq üçün sorğu vərəqəsini təqdim edib.

Xatırladaq ki, bir müddət əvvəl Zelenski Avropa İttifaqı Şurasının üzvləri qarşısında çıxışı zamanı Ukraynanın Aİ-yə qəbulunu gecikdirməməyə çağırmışdı, çünki Rusiya ilə müharibə fonunda bu qərar gecikə bilər.

Ukraynalılar arasında keçirilən sorğuda Aİ-yə qoşulmağa dəstək faizi 90%-i ötüb.