Navalnı ilə vida mərasimi keçirilir - Video
Fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişən rusiyalı siyasətçi Aleksey Navalnı ilə vida mərasimi keçirilir.
Demedia.az Rusiya mediasına istinadən xəbər verir ki, 47 yaşlı siyasətçinin cənazəsi mərasim üçün Maryinoda kilsəyə aparılıb.
Vida üçün əraziyə çox sayda insan toplaşıb. Navalnı vida mərasimindən sonra Moskvanın Borisov qəbiristanlığında torpağa tapşırılacaq.