Sankt-Peterburqa PUA hücumu olub
Sankt-Peterburqun Krasnoqvardeyski rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində xəsarət alan yoxdur.
Bu barədə şəhər qubernatoru Aleksandr Beqlov özünün Telegram kanalında yazıb.
O bildirib ki, ziyan dəymiş mənzillərin sakinləri təxliyə olunub.
Başqa bir məlumata görə, PUA-ların göyərtəsində təxminən 3,5 kq partlayıcı olub.
Ukraynanın əsas hədəfinin Ruçi neft anbarı olduğu ehtimal olunur.
***
Rusiyanın Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, hücum Ukraynaya məxsus PUA-larla törədilib. Hadisə nəticəsində 2 yaşayış binasının eyvanları zədələnib, şüşələri sınıb.
İlkin məlumata görə, xəsarət alan olmayıb.
Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub.