İraq Türkiyə vasitəsilə neft ixracının bərpasına çalışır
İraq beynəlxalq neft şirkətlərinə neft hasilatı və tranzit haqqını ödəmək üçün federal büdcəyə dəyişiklik edə bilər. Bu addım mühüm neft kəmərinin gələn il ərzində yenidən açılmasını nəzərdə tutur.
Demedia.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Hazırda neft şirkətləri, İraq hökuməti və yarım-muxtar Kürdüstan Regional Hökuməti arasında Türkiyə vasitəsilə xam neft ixracını bərpa etmək üçün danışıqlar aparılır. Boru kəmərinin bağlanması bazarlardan təxminən yarım milyon barel nefti kəsib.
İraq Prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də Bağdada gözlənilən səfəri öncəsi Türkiyə ilə münasibətləri gücləndirmək üçün mübahisəni həll etməyə çalışır.
İraqın xarici işlər naziri Fuad Hüseyn deyib ki, neftin real dəyəri büdcədə nəzərdə tutulan 6 dollara qarşı 21 dollar/bareldir və “ən təsirli yol büdcəyə 6 dollardan real dəyərə düzəliş etmək olardı”.
"Büdcə qanununa dəyişikliklərlə razılaşsaq, bu, məsələn, neft ixracına yol açacaq", - o əlavə edib.