Meksika Ekvadorun keçmiş vitse-prezidentinin ölkəsinə ekstradisiyasından imtina edib



 14:19 03.03.2024     268

Meksika səfirliyə sığınan keçmiş vitse-prezident Xorxe Qlası Ekvadora təhvil verməkdən imtina edib.

Demedia.az-ın məlumatına görə, bunu Meksikanın xarici işlər naziri Alisiya Barsena "Radio Formula"ya müsahibəsində deyib.

"Bunu etmək olmaz, çünki bu, səfirliyimizin diplomatik toxunulmazlığını pozacaq. Biz Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasın sığınacaq xahişini təhlil edirik", - A. Barsena deyib.

Nazirin sözlərinə görə, Meksika sığınacaq axtaranlar üçün həmişə çox qonaqpərvər ölkə olub. Xüsusən onlar siyasi təqiblərdən qaçarkən.