KİV: HƏMAS tezliklə girovların dəyişdirilməsi təklifinə cavab verə bilər



 15:22 03.03.2024     227

Fələstinin radikal HƏMAS hərəkatı “yaxın saatlarda” məhbusların mübadiləsi üçün vasitəçilərin təklif etdiyi razılaşmaya cavab verəcək.

Demedia.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Telekanalın məlumatına görə, hərəkatın nümayəndə heyəti azad edilə biləcək girovların siyahısını hazırlamaq üçün Misirdə vasitəçilərlə görüş keçirir.

Bundan əvvəl məlum olub ki, HƏMAS hərəkatının nümayəndələri və İsrail rəsmiləri Qəzza zolağında münaqişədə təklif olunan atəşkəs, eləcə də israilli girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi barədə razılığa gəliblər.