Macarıstanın baş naziri ABŞ-da Baydenin yerinə Trampla görüşəcək
ABŞ prezidenti Cozef Baydenlə görüş hələ Macarıstanın baş naziri Viktor Orbanın ABŞ-a səfər proqramına daxil edilməyib.
Demedia.az xəbər verir ki, bu barədə “Index” məlumat yayıb.
Macarıstan hökumətinin başçısının sözçüsü Bertalan Havasi bildirib ki, Orbanın səfərinin əsas məqsədi ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüş olacaq.
Orban martın 8-də Trampı Floridadakı Mar-a-Laqo malikanəsində ziyarət etməyi planlaşdırır. Martın 7-də o, Vaşinqtonda olacaq və burada “Heritage Foundation” araşdırma mərkəzində çıxış edəcək.
Macarıstanın baş naziri 2021-ci ilin yanvarında vəzifəyə gəldiyindən bəri Baydenlə görüşməyib.