Rusiya Ermənistana qoşun yeridəcək? - İrəvan kulislərində çaxnaşma



 11:30 05.03.2024     289

“Rusiya Ermənistan hakimiyyətinin xarici siyasi vektoru dəyişdirmək üçün atdığı addımlara cavab olaraq, açıq təhdidlərə əl atdı. Bu fakt hökumət komandasında təşviş yaradıb və onlar Rusiyadan hərbi müdaxilə və ya başqa şəkildə sərt şillə gözləyirlər”.

Demedia.az  xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada Ermənistana açıq xəbərdarlıq etdi.

“Yaxın vaxtlarda Rusiyanın xəyanətkar müttəfiqini cəzalandırmaq əzmini nümayiş etdirmək üçün konkret addımlar atacağına dair məlumatlar var. Bunu ilk növbədə iş adamları hiss edəcək. Ola bilsin ki, yaxın günlərdə erməni avtomobillərinin Yuxarı Larsa girişinə qadağa qoyulsun. Yeri gəlmişkən, Rusiyanın müxtəlif platformalarında Ermənistan ictimaiyyətinə “bu hakimiyyətdən xilas olmasanız, qaçılmaz təhlükələrlə üzləşə bilərsiniz” mesajları verilir”, - nəşr yazıb.