Ukraynada Rusiyanın daha bir yüksəkrütbəli zabiti öldürüldü
Ukraynada Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin öldürülüb.
Demedia.az xəbər verir ki, bu barədə “InformNapalm” beynəlxalq könüllülər birliyi və Rusiyanın təbliğat nəşrlərindən bildirilib.
Qeyd olunub ki, o, Samaranın hərbi komendantı olub, həmçinin Çeçenistan və Suriyada döyüşüb.