Paşinyan aprelin 19-da Moskvaya gedir



 14:26 09.04.2022     197

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək.

Demedia.az xəbər verir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Nikol Paşinyan başçılıq edəcək. Rusiyada iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli münasibətlərə dair başqa mövzuların müzakirəsi gözlənilir.