Rusiya ərazisindəki iki mühüm obyektə PUA hücumu olub



 17:00 06.03.2024     287

Ukrayna ordusu bu gün səhər saatlarında Rusiyanın Voronej bölgəsindəki Baltimor hərbi aerodromuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, PUA-lar hərbi obyektdən bir neçə kilometr aralıda vurulub.

Bundan əlavə, daha 2 PUA ilə bölgənin Anninski bələdiyyə rayonundakı neft bazasına hücum cəhdi olub.