Müharibənin taleyini həll edəcək şiddətli döyüşlər başlayır



 19:22 09.04.2022     1418

Qarşıdakı 2 həftədə Donbasda müharibənin taleyini həll edəcək şiddətli döyüşlər baş verəcək.

Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

O bildirib ki, Rusiya ordusu Zaporojye və Xerson istiqamətində səylərini gücləndiriblər:

“Onlar 6 istiqamətdə uduzduqlarına görə indi əsas istiqamətləri Donbasdır. Rusiya qoşunlarının hücum üçün gücləri yoxdur. İtkiləri kompensasiya etmək üçün gizli səfərbərlik etmək cəhdləri uğursuzluğa düçar oldu. Ona görə onlarda hələ də texnika və şəxsi heyət çatışmazlığı var”.

A.Arestoviç qeyd edib ki, Rusiya ordusu ciddi itkilər verib:

“Onların 120 taborundan 20-yə yaxını tamamilə məhv edilib. 40-a yaxın isə döyüşə qismən hazırdır. Bu, o deməkdir ki, Rusiya ordusu 60 faizədək itki verib”./Axar.az