"Bayden Putinin kuklasıdır" - Tramp



 09:07 09.03.2024     161

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Prezident Co Baydenin Konqres qarşısında çıxışının ölkə üçün biabırçılıq olduğunu bəyan edib.

Demedia.azxəbər verir ki, Tramp bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu, Baydenin indiyə qədərki ən pis çıxışı idi:

“Bayden Ukrayna və “Şimal axını 2” də daxil olmaqla, hər şeyi Moskvaya verib. O, Putinin, Si Szinpinin və demək olar ki, bütün liderlərin kuklasıdır”.

Xatırladaq ki, Bayden Konqresdəki çıxışında Putinə müraciət edərək, heç bir halda baş əyməyəcəyini deyib.