Qəzzada ölən fələstinlilərin sayı 31 minə yaxınlaşır



 17:09 09.03.2024     393

2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında ölən fələstinlilərin sayı 30,9 mini ötüb.

Demedia.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında bu günədək ümumilikdə 30 960 nəfər ölüb, 72 524 nəfər yaralanıb.

Təkcə son 24 saat ərzində anklavda 82 fələstinli həlak olub, 122 fələstinli yaralanıb.