İstanbulda məscid yaxınlığında yanğın baş verib



 21:26 09.03.2024     284

İstanbul Ortaköy rayonunda bir binada yanğın başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, yanan bina Örtaköy binasından cəmi 50 metr aralıdadır.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin səbəbi hələ ki, məlum deyil.