Qəzzada ölənlərin sayı 30800-ə çatdı



 15:10 11.03.2024     156

İsrail ordusu qəzza zolağına hücumları davam etdirir.

Demedia.az verir ki, hadisə nəticəsində ölənlərin sayı son 24 saat ərzində 83 nəfər artaraq 30800 nəfərə çatıb.

Bu haqda Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, İsrail Qəzzada 153 gündür hücumlar barədə məlumat verilib.

Açıqlamada İsrail ordusunun son 24 saat ərzində 83 fələstinlini öldürdüyü, ümumi can itkisinin isə 30.800-ə yüksəldiyinə bildirilib.