Paşinyan bu tarixdə Rusiyaya gedəcək



 10:30 12.03.2024     269

Ermənistanın baş naziri Nikol Paşinyan may ayında Moskvaya gedə bilər.

Demedia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Rəsmi mənbələrə istinadən yayılan məlumata grörə, may ayında Moskvada Avrasiya İqtisadi İttifaqının 10 illiyinə həsr olunmuş sessiya keçiriləcək.

Aİİ-yə sədrlik 2024-cü ildə Ermənistana keçdiyi üçün Rəsmi İrəvan sessiyanın təşkilində aparıcı rol oynamalıdır. Bu baxımdan, Paşinyanın Moskvaya səfəri gözlənilir. Bu səfər xüsusilə Moskva-İrəvan qarşıdurması fonunda diqqət çəkir.