İsrail ordusu Suriyada “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib
İsrail Müdafiə Qüvvələri dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, “Hizbullah”ın Suriya ərazisindəki iki hərbi obyektinə hücumlar həyata keçirdiyini açıqlayıb.
Demedia.az bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.
"Bu gün səhər saatlarında İsrail ordusu Suriya cəbhəsində "Hizbullah"ın iki hərbi obyektinə zərbələr endirib. Zərbə dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirilib", - məlumatda deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox insanın, o cümlədən uşaqlar, qadınlar və qocaların girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
İsrail tərəfi cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.